Portal:Teatr

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
redaktə  

"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "

Üçüncü zəng çalınır, pərdə qalxır...
BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Austrian-drape.gif
Teatr portalına
Xoş Gəlmişsiniz!
Austrian-drape.gif


redaktə  

Pyeslər

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Maly Theatre foto 4.jpg

Qağayılar — Qırx yaşında olan İrina Nikolayevna Arkadina istedadlı aktrisadır. O, sənətini çox sevir. Lakin həddindən artıq şöhrətpərəst, xəsis və eqoistdir. Bankda 70.000 pulu olduğu halda, oğluna kömək etmir, xidmətçilərin haqqını kəsir, onları incidir. Şəxsi həyatında xoşbəxt deyil. Ərinin ölümündən sonra sevgisini ortabab yazıçı olan 39 yaşlı Triqorinə verib. Triqorin isə tez-tez başqalarına uyur, ona qısqanclıq əzabı verir. Arkadina da onun ayaqlarına qapanıb onu atmaması üçün yalvarır. Triqorinin yazıları yüksək sənət əsəri sayılmaz. Lakin onlara sırf pis də demək mümkün deyil. Realist yazıçıdır. Ailə, qadın və sevgi məsələlərində o çox məsuliyyətsiz davranış sərgiləyir.


redaktə  

Rejisorlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Luchino Visconti 5.jpg

Lukino Viskonti di Modrone (it. Luchino Visconti di Modrone; 2 dekabr 1906, Milan — 17 mart 1976, Roma) — italyan opera və teatr rejissoru, kinorejissor. Viskonti zadəgan nəslinin qollarından birinin nümayəndəsi. Onun tam adı və titulu belədir: don Lukino Viskonti di Modrone, Lonate Possolo qrafı, sinyor di Korcelo, konsinyor di Somma, Krenna və Anyadello, Milan patrisisi. Viskonti yaradıcılığına 1936-cı ildə neorealizmin yüksək zirvəsində olan "Torpaq titrəyir" filmini çəkməklə başlamışdır. Cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olan rejissor İtaliyanın müharibədən sonrakı dövrdə inkişaf mərhələsini yaradıcılğında dəqiqliyi ilə əks etdirmişdir. O, zamanın tələblərinə cavab verən və təəccübləndirməyi bacaran rejissorlardan biri olmağına baxmayaraq həmişə özünə sadiq qalmışdır. Neorealizmin təməlini qoyanlardan biri olan Viskonti İtaliya kinematoqrafının ən peşəkar rejissorlarından biri hesab edilir. İtaliya rejissorları arasında o, dərin düşüncəyə malik, həssas, sadəlövh, estetizmə qapılan bir sənətkar kimi tanınır. Viskonti bir çox filmlərində dünyanın aydın və harmonik dərk olunması üçün estetik epizodlardan istifadə edirdi. Bu epizodlarda tamaşaçı gözəl insanları və gözəl əşyaları görür. O, cəmiyyətdəki dəyişikliklərə qarşı çox həssas olduğundan həm sosioloji, həm də psixoloji filmlər çəkməyə üstünlük vermişdir.


redaktə  

Aktyorlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Hökümə Qurbanova.jpg

Hökümə Abbasəli qızı Qurbanova — Azərbaycan aktrisası, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs. Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovda ərdə olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib. Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan Dövlət konservatoriyasma daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb. Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib.


redaktə  

Teatrlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
XIX century print, Piazza della Scala, Milano.jpg

La Skala (it. Teatro alla Scala yaxud La Scala) Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrıdır. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır. La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin lahiyəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778- ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır.

Milano-scalanotte.jpg
La Scala interior.jpg
La Skala


redaktə  

Təqvim

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
İyun


redaktə  

Dramaturqlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Samuel Beckett, Pic, 1.jpg

Semyuel Bekket (ing. Samuel Beckett, 19061989) — İrlandiya yazıçısı, "Absurd teatrı"nın yaradıcılarından biri (Ejen İonesku ilə birgə), 2969-cu il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı ("nəsr və poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə"). Əsərlərini ingilis və fransız dillərində yazıb. Fransız mənşəli İrlandiya yazıçısı, şair və dramaturq Semyuel Barkli Bekket modernizmin son, postmodernizmin isə ilk nümayəndələrindən sayılır. Bekket Dublində doğulmuşdu. Ailəsinin geniş maddi imkanları sayəsində mükəmməl təhsil almışdı. Məşhur Triniti-kolleci əla qiymətlər və bakalavr diplomu ilə bitirmişdi. 1928-ci ildə Parisə gedərək Ekol Normal Superyorda ingilis dilini tədris etmişdi. Yaradıcılıq həyatında böyük rol oynayan həmvətəni, məşhur yazıçı Ceyms Coysla ilk tanışlığı da burada olmuşdu.


redaktə  

Şəkil qalereyası


Teatr Vikixəbərdə     Teatr Vikisitatda     Teatr Vikikitabda     Teatr Vikimənbədə     Teatr Vikilüğətdə     Teatr Vikiversitetdə     Teatr Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Mediafayllar
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity logo 2017.svg
Commons-logo.svg