Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search

Ulduzların seyrək verilməsi

Salam. Əvvəllər istifadəçiləri həvəsləndirmək üçün tez-tez ulduzlarla təltif olunardı. İndi nədənsə seyrək hallarda ulduz verilir. Məncə istifadəçiləri həvəsləndirmək üçün tez-tez verilməlidir ulduz. MusaSəmədov 21:09, 4 may 2021 (UTC)

Salam həmkar. Mənim fikrimcə ulduz tez-tez verildikdə artıq adi hal alır və ulduza maraq azalır. Gec verilirsə demək ki, həmin ulduzu qazanmaq üçün daha çox əziyyət çəkmək lazımdır. Buna nümunə olaraq CCavadovu göstərə bilərəm Face-smile.svgXeyal (müzakirə) 07:54, 5 may 2021 (UTC)
Musa Səmədov, birinci dəfə öz istəyi ilə ulduz istəyən istifadəçi görürəm Face-smile.svg Ulduzlar istifadəçilərə fəaliyyətinə və ya xidmətinə görə verilir. Misal üçün mənim bu günə qədər aldığım bütün ulduzların alma səbəbim var. Elə-belə isə istifadəçiyə ulduz verilmədi doğru deyil. CəlalCavadov 09:44, 5 may 2021 (UTC)
CCavadov Siz məni yanlış anladınız. Mən ulduz istəmirəm. Sadəcə fəal istifadəçilərin ulduzlarına baxdıqda əvvəlkinə nisbətən daha az verilir. MusaSəmədov 09:50, 5 may 2021 (UTC)
Ulduzlar fəal istifadəçilərə verilir. Fəal istifadəçilərin sayı isə təəsüf azdır. CəlalCavadov 09:55, 5 may 2021 (UTC)

Hər istifadəçi üçün ayrıca "Qaralama dəftəri/Sandbox" səhifəsinin yaradılması

Bu müzakirə bağlıdır. Lütfən, heç bir dəyişiklik etməyin.
İngiliscə Vikipediyanın əsas səhifəsi
Səhifənin təyinatına uyğun belə bir məlumat lövhəsi də yaradıla bilər

Salam. Təklif edirəm hər istifadəçi üçün ayrıca "Qaralama dəftəri/Sandbox" səhifəsi yaradılsın. Şəkilə diqqət etsək səhifənin yuxarı hissəsində "sandbox" adlı keçid yaradılır və istifadəçilər səhifəyə daxil olub avtomatik öz "qaralama" səhifələrini yarada bilirlər. Düzdür hazırda bir çox istifadəçinin "qaralama dəftəri" var. Amma yeni qeydiyyatdan keçən istifadəçilərin belə bir səhifə yaratmaq barədə təcrübəsi olmur. Birbaşa həmin səhifəyə daxil olub orada test apara bilərlər. Hazırda AzVikidə Vikipediya:Qaralama dəftəri olsa da həmin səhifə ümumidir. Dediyim təcrübədən EnViki və RuViki-də istifadə olunur.— Turkmen müzakirə 21:20, 8 may 2021 (UTC)


  • + Lehinə Məncə Vikipediya:Stil kitabçasının qorunması cəhətdən də əla olardı. Yəni, istifadəçilər ən azından redaktə etmək və öyrənmək üçün müəyyən bir səhifədə test etsələr daha yaxşıdır. Həm də "copy-paste"nin qarşısını almış olar.— Turkmen müzakirə 21:20, 8 may 2021 (UTC)
  • + Lehinə Məncə də əla olar. Yeni istifadəçilər naşı olduğundan redaktəni tam bilmirlər. Bunun sayəsində daha tez öyrənəcəklər redaktəni. MusaSəmədov 21:38, 8 may 2021 (UTC)
  • + Lehinə Yeni istifadəçilərin vandalizmini və avtopatrulların yükünü azaldar. Daha operativ və rahat işləmək üçün vacibdir. Yoxluğu hiss olunur.— Dr.Wiki54 (müzakirə) 22:19, 8 may 2021 (UTC)
  • + Lehinə Məncə də bizdə belə şey olsa da, müsbət olar.— 127-ci yapon imperatoru 02:52, 9 may 2021 (UTC)
  • + Lehinə Toghrul RahimliM/F 06:59, 9 may 2021 (UTC)
  • + Lehinə qaralama səhifəsinin yaradılması çox kömək olacaq. — Xeyal (müzakirə) 07:19, 9 may 2021 (UTC)
  • + LehinəNMW03 (müzakirə) 14:07, 9 may 2021 (UTC)
  • + Lehinə ingilis dilli vikipediyada özüm də istifadə edirəm. Məncə də faydalı olar. — Drabdullayev17 (müzakirə) 19:23, 9 may 2021 (UTC)
  • + LehinəMirəli2001 (müzakirə) 04:06, 11 may 2021 (UTC)

HəY Həll edildi. Əlavə suallarınız və təklifləriniz varsa altbaşlıq açaraq müzakirə başlada bilərsiniz.— Turkmen müzakirə 12:04, 17 may 2021 (UTC)

İstifadəçi adları qaydası

Salam. Vikipediya:İstifadəçi adları qaydasını hazırlamışam. Səsverməyə çıxarmamışdan əvvəl digər istifadəçilərin fikrini öyrənmək üçün hərkəsi fikir bildirməyə dəvət edirəm.— NMW03 (müzakirə) 01:51, 11 may 2021 (UTC)

İstifadəçi öz adında ideologiyasını təmsil edirsə, onda da istifadəçi bloklanmalıdır? Məsələn, istifadəçi öz adını "Antisemitizm" qoyursa, təhqir kateqoriyasında istifadəçi bloklanmalıdır? Maraqlı gəldi. Ya da təsəvvür edin ki, kimsə LGBT fərdlərinin xoşuna gəlməyəcək bir ad seçir, bir istifadəçi də mənə qarşı təhqir olduğu səbəbini göstərərək şikayət edir.— 127-ci yapon imperatoru 02:02, 11 may 2021 (UTC)
"Antisemitizm"də əgər vikipediyanın işini pozacaq redaktələr etmirsə bir problem görmürəm. LGBT isə Təhqiramiz bölməsindəki 1. bəndə uyğun gəlir məncə. Əgər həqiqətəndə narahatedici addırsa qadağa qoymaq olar. NMW03 (müzakirə) 02:06, 11 may 2021 (UTC)

Qaydaları oxudum, məncə yaxşıdır. MusaSəmədov 10:51, 11 may 2021 (UTC)

Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsini aktivləşdirib addəyişmələr də edə bilərik. Bir "Global renamer" olaraq yardım edə bilərəm.— Turkmen müzakirə 13:44, 11 may 2021 (UTC)
Lokal addəyişmələr ləğv edilməmişdi? NMW03 (müzakirə) 18:47, 11 may 2021 (UTC)
Bəlkə də nə vaxtsa ləğv olunub. Amma indi bir çox vikidə lokal müraciət səhifələri fəaliyyətdədir (ru, en, es, ar və s.). Lokal səhifəni aktivləşdirməsək belə, OTRS-yə, metaya və "Xüsusi:GlobalRenameRequest" səhifəsinə addəyişmə üçün müraciət etmək olar— Turkmen müzakirə 18:56, 11 may 2021 (UTC)
Həmin səhifələr o dildə müraciət etmək üçündür məncə. Çünki edilən addəyişmələr qlobal addəyişmələr jurnalında görünür. "per request on eswiki" yazılır səbəbdədə. NMW03 (müzakirə) 19:52, 11 may 2021 (UTC)
Məsələ belədir ki, addəyişmə qlobal olur. Amma öz dillərindəki lokal səhifədən də (Vikipediya:İstifadəçi adı dəyişdirmək) istifadəçilərə addəyişmə üçün müraciət etmək imkanı verilir. Sistemin əsas beyni metadadır, hərşey ordan idarə edilir. Sadəcə yuxardakı ilk cümləmdə yanlış izah etmişəm "lokal səhifə" əvəzinə "lokal addəyişmə" yazmışam, sorry. Düzəltdim— Turkmen müzakirə 23:21, 11 may 2021 (UTC)

Kiberidman komandaları və adlar

Salam. E-idman (kiberidman) klubları haqqında məqalələr yaradarkən sizcə klubların adları necə olmalıdır? Orijinalda olduğu kimi yoxsa transliterasiya? Məsələn, Türkiyənin bu e-idman klubu haqqında məqalə yaratmaq istəyirəm, amma bilmədim "İstanbul Wildcats" olaraq qalsın, yoxsa "İstanbul Uildkets" olsun. Ya da ki, ABŞ-ın "Cloud9" kiberidman klubu "Klaud9" olmalıdır? Məsələn, ruslar və digər dillər olduğu kimi saxlayırlar adları. Qərarsız qaldım, amma sanki orijinal saxlamaq daha məntiqli gəlir.

İkinci məsələ, kiberidmançıların adları da transliterasiya olmalıdır sizcə? Kiberidmançılar öz adları ilə yox, ləqəbləri ilə çıxış edirlər. Məsələn, dünyanın ən yaxşı LoL oyunçusu Faker haqqında məqalə üçün Faker-in adını Feyker kimi verməmişəm, olduğu kimi saxlamağı məntiqli hesab etmişəm. Digər vikilərdə olduğu kimi.— 127-ci yapon imperatoru 03:37, 12 may 2021 (UTC)

Məncə komanda adlarını futbol komandalarında olduğu kimi transliterasiya etmək daha düzgün olar (İstanbul Uildkets), kiberidmançıların adlarını isə daha çox necə məşhurdurlarsa, hansı adla tanınırlarsa o cür yazmağın tərəfdarıyam.— Nicat49   müzakirə 01:05, 13 may 2021 (UTC)

Sual

Seçkilər üçün könüllülər

Salamlar.

Bildiyiniz kimi (vəya yox), bu il (iyul-avqust) Vikimedia Fondunun Qəyyumlar Şurasına seçimlər baş tutacaq. Buna görə Vikimedia Fondu bəzi parametrləri yaxşılaşdırmağa çalışır, o cümlədən seçici iştirakını yaxşılaşdırmaq istəyir (məsələn 2017 ildə azvikidən sadəcə 4 istifadəçi səs vermişdir, 154 seçicidən). Bunun üçün yerli icmalardan könüllülər axtarırıq, zira könüllülər öz icmalarını daha yaxşı tanıdıqları üçün bu məsələdə bizə kömək edə bilərlər.

Seçki zamanı könüllülər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

  • Seçkiləri öz icmalarının kanallarında təbliğ etmək
  • Seçkilərlə bağlı icmalarında müzakirələr təşkil etmək
  • Mesajları icmaları üçün tərcümə etmək

Azvikidən hələki könüllü yoxdur, İngilis dilini bilən hərkəs könüllü olub bizə yadım edə bilər.

Seçkilərdə könüllü olmaq və icmanızı bu hərəkata qoşmaq istəyərsinizmi? Seçki Könüllüləri haqqında daha ətraflı məlumatı nəzərdən keçirin və adınızı cədvəldə dəstəkləyəcəyiniz icmanın yanına əlavə edin və ya sizin bölgə fasilitatoruyla ilə əlaqə qurun.

Təşəkkürlər.— Mehman (WMF) (müzakirə) 22:17, 14 may 2021 (UTC)

Heyif ki, əsgərliyə gedəcəm çox güman, yoxsa könüllü olardım.— 127-ci yapon imperatoru 07:07, 15 may 2021 (UTC)
Heyif. Bu arada hayırlı teskereler :) — Mehman (WMF) (müzakirə) 14:26, 15 may 2021 (UTC)

Əlavələr

Salam. Türk vikipediyasında hər hansı istifadəçinin səhifəsinə girdikdə aşağıda qeyd elədiyim kimi kiçik bir məlumat çıxır. Mümkünsə bu dəyişikliyi də Azwikiyə də tədbiq edəsiniz. — Xeyal (müzakirə) 07:21, 16 may 2021 (UTC)

Bu bürokrat ve hizmetli, 12 yıl 9 ay önce üye oldu ve toplam 176,939 değişikliğe sahip. Son değişikliğini 8 saat önce yaptı. Vikipedi, özgür ansiklopedi.

Bu funksiyanı çoxdan istifadə edirəm. Bunun üçün mənim kimi özünüzə aid common.js səhifəsi yaradıb, bu kodu əlavə etməlisiz ora: importScript("İstifadəçi:By erdo can/common.js"); Əvvəllər qadjet kimi yaratmışdım, amma hansısa idarəçi silib bu gadjeti.— 127-ci yapon imperatoru 10:25, 16 may 2021 (UTC)
Siz dediyiniz kimi elədim amma ümumi qadjet kimi olsa daha yaxşı olar. — Xeyal (müzakirə) 12:52, 16 may 2021 (UTC)
Yaxşı fikirdi. İndi yaradaram. NMW03 (müzakirə) 15:07, 16 may 2021 (UTC)