Portal:Coğrafiya

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
redaktə  

Coğrafiya

A Terra, planeta dinâmico em que vivemos.

Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια – Yer, torpaq və γραφειν – yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.

redaktə  

Qitələr

redaktə  

Cscr-featured.png Seçilmiş məqalə

Nakhichevan detail map.png

Naxçıvan Muxtar Respublikası (1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 15 km), cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən ZəngəzurDərələyəz silsiləsinin suayırıcıları, Türkiyəİranla sərhəddini isə Araz çayı təşkil edir.

redaktə  

Artículo bueno.svg Yaxşı məqalə

2010-10-07 19-27-34 Wrangel Boris.jpg

Vrangel adasıRusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə аdlandırılmışdır. Vrangel şərqqərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir. Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

redaktə  

Şəxs

Friedrich Ratzel.jpg

Fridrix Ratsel alm. Friedrich Ratzel‎ (1844-1904) — Alman etnoloqu, sosioloqu və coğrafiyaşünası. Diffuziyonizmin ilk nümayəndələrindən biri olan Fridrix Ratsel antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə isə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi. Əvvəlcə Münhen, 1886-cı ildən Leypsiq universitetlərinin coğrafiya üzrə professoru olan Ratsel "Antropocoğrafiya" (1882-1891), "Xalqşünaslıq" (1885-1888), "Torpaq və həyat" (1901-1902) və digər əsərlərində insanların yer üzərində yayılma arealını göstərməklə mədəniyyətin inkişafının coğrafi şəraitdən asılı olması ideyasını əsaslandırmağa cəhd etmişdir.

redaktə  

Bilirsinizmi?

redaktə  

Kateqoriyalar

redaktə  

Seçilən şəkil

redaktə  

Təbiət möcüzələri

Cataratas.jpg

İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar.

redaktə  

Bu ayda...

Nla.pic-an23814300.jpeg

redaktə  

Maraqlı faktlar

Sealand.jpg

Dünyanın qeyri rəsmi ən kiçik dövləti neft platformasında yerləşən Silenddir.

redaktə  

Seçilmiş məzmun

redaktə  

Vikimediya

Coğrafiya Vikixəbərdə     Coğrafiya Vikisitatda     Coğrafiya Vikikitabda     Coğrafiya Vikimənbədə     Coğrafiya Vikilüğətdə     Coğrafiya Vikiversitetdə     Coğrafiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Mediafayllar
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity logo 2017.svg
Commons-logo.svg