Portal:Azərbaycan

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Flag of Azerbaijan beautiful Background.png
Portal:Azərbaycan


Bayraq
Gerb
Ərazisi

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan RespublikasıCənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Azərbaycan şərqdə ilk demokratik və dünyəvi dövlət qurmuşdur. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti var. Ölkəmiz 38 beynəlxalq təşkilatın üzvüdür.

Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan yeni yaradılan BMT insan haqları assambleyasına üzv oldu. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa ŞurasıNATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

redaktə
Cscr-featured.png Seçilmiş məqalə                                                                              redaktə
Azerbaijani Mugam trio in XVI century miniature of Nizami Ganjavi's Khosrow and Shirin.jpg

Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.




Artículo bueno.svg Yaxşı məqalə                                                                              redaktə
Şuşa şəhərinin gerbi.png

ŞuşaAzərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində şəhər. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, MerdinliTəzə məhəllə. Hər məhəllədə hamam, məscidbulaq vardı.


''Seçilmiş Şəkil''                                                                              redaktə
Stone Age rock carvings in Gobustan.jpg
Qobustan dövlət tarixi-bədii qoruğunda qayaüstü təsvirlər.
Seçilmiş bioqrafiya                                                                              redaktə
Heydar Aliyev (crop).jpg

Heydər Əliyev — Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti. Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur.


Sitatlar                                                                              redaktə
Wikiquote-logo.png
" Qələm əyri yonulsa da düz yazar. "
Azərbaycan atalar sözü


Vikisitatda Azərbaycan atalar sözləri



Bilirdinizmi...                                                                              redaktə


Kateqoriyalar                                                                              redaktə

Azərbaycan kateqoriyaları

Bütün alt kateqoriyalar üçün "+" klikləyin:


Panorama                                                                              redaktə
Panoramabild Baku Filarmonia Park.JPG
Bakı qalasının və Filarmoniya bağının panoramı



Əlaqəli portallar                                                                              redaktə

Flag of South Azerbaijan.svg

Emblem of Turkey.svg

Greater coat of arms of Georgia.svg

Coat of arms of Iran.svg

Coat of Arms of the Russian Federation.svg

Герб Туркменистана.gif

Uzbekistan coa.png

Emblem of Kazakhstan.svg

Cənubi Azərbaycan

Türkiyə

Gürcüstan

İran

Rusiya

Türkmənistan

Özbəkistan

Qazaxıstan


Portal:Европа
Portal:İslam
Portal:Asiya
Portal:Afrika
Avropa İslam Asiya Afrika


Digər resurslar                                                                              redaktə
Azərbaycan Vikixəbərdə     Azərbaycan Vikisitatda     Azərbaycan Vikikitabda     Azərbaycan Vikimənbədə     Azərbaycan Vikilüğətdə     Azərbaycan Vikiversitetdə     Azərbaycan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Mediafayllar
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity logo 2017.svg
Commons-logo.svg