Baloğlan Əşrəfov

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Baloğlan Əşrəfov
Baloğlan Xanoğlan oğlu Əşrəfov
Baloğlan Əşrəfov.jpg
Ümumi məlumatlar
Doğum tarixi 8 oktyabr 1951(1951-10-08)
Doğum yeri
Vəfat tarixi 26 aprel 2021(2021-04-26)[1] (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Koronavirus
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr muğam, estrada[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2007

Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951(1951-10-08), Bədəlan, Masallı rayonu26 aprel 2021(2021-04-26)[1], Bakı) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2007).

Həyatı[redaktə | əsas redaktə]

Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir.

1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.

1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.

İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir.

1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında konsertlər verib.

Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, AlmaniyaMDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edib.

"Səsi quran sədasıdır" kitabında bütün böyük sənətkarlar öz müsbət rəylərini vermişlər. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib.

Görkəmli sənətkar 26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.[2] Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.[3]

Fəxri adları, mükafatlar, nailiyyətlər[redaktə | əsas redaktə]

  • "İstedadlar axtarırıq" konsert müsabiqəsinin laureatı — 1982
  • Azərbaycanın əməkdar artisti — 2007

İstinadlar[redaktə | əsas redaktə]